Türkiyə Silahlı Qüvvələrinin hərbçisi şəhid olub.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, bu gün Hakkarinin Dağlıca rayonunda “Pəncə-kilid” əməliyyatı çərçivəsində Türkiyə ordusunun çavuşu Alpay Aras ağır yaralanıb.

Hərbçi Ankaradakı xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.