Bu gün Bakıda Heydər Məscidində “Palmali Holdinq”in prezidenti Mübariz Mənsimovun mərhum atası Qurban Mənsimovun üç mərasimi təşkil olunub.

BUTA.TV xəbər verir ki, bu barədə “palmali Holdinq”in sözçüsü Fidan Quliyeva məlumat yayıb.

O bildirib ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, şəhid ailələri və qazilər, o cümlədən, iş adamları, incəsənət, idman və ictimaiyyət nümayəndələri iştirak edib. Qurban Mənsimovun 40 mərasimi iyulun 29-da Heydər Məscidində təşkil olunacaq. Qeyd edək ki, Mübariz Mənsimov qüvvədə olan məhkəmə qərarına əsasən, Türkiyəni tərk edə bilmədiyi üçün mərasimdə iştirak edə bilməyib.