Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmməd Məmişov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

BUTA.TV-ın məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən idmançı final görüşündə macarıstanlı cüdoçu Benke Qalo ilə qarşılaşıb. Rəqibinə qalib gələn Məmişov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

55 kq-da yarışan Əhməd Rüstəmov isə bürünc medal əldə edib.