Sabirabadda sürücü yük maşınını arxaya verərkən arvadını vurub.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Qaralar kəndində qeydə alınıb.

İlkin məlumata görə, sürücü idarə etdiyi “Kamaz” markalı yük maşınını arxaya sürərkən arvadı, 1977-ci il təvəllüdlü Nuriyeva Həbibə Böyükağa qızını vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Başından ağır tramvalar alan qadının Bakıya göndəriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.