Azərbaycan karateçisi Tural Ağalarzadə Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.

BUTA.TV-ın verdiyi məlumata görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı finalda yunanıstanlı Dionisios Ksenosdan üstün olub.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında əldə etdiyi ilk medaldır.