Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-dən BUTA.TV-a bildirilib ki, hazırda xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanların tətbiq edilməsi ilə yanğınsöndürmə işləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Əlavə məlumat veriləcək.