Rusiyanın Xəzərdən atdığı bütün raketlər məhv edildi
Ukrayna hava hücumundan müdafiə bölmələri 23 iyun gecəsi Rusiyaya məxsus 13 ədəd X-101 və X-555 qanadlı raketini və kəşfiyyat PUA-sını məhv edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrindən məlumat verilib.
“İyunun 23-də gecə saatlarında düşmən strateji təyyarələrdən Ukrayna ərazisinə zərbələr endirib. Bu dəfə Xmelnitski vilayətindəki hərbi aerodroma hücum edilib. Raket buraxılışları Xəzər dənizi üzərindən Tu-95 MS bombardmançılarından həyata keçirilib. 13 qanadlı raketin hamısı məhv edilib”, - məlumatda bildirilib.