Serbiya və Kosova razılığa gəldi - Borrell
Serbiya və Kosova liderləri dörd bələdiyyədə yeni seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər.
BUTA.TV xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Brüsseldə Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovanın Baş naziri Albin Kurti ilə təkbətək görüşlər keçirdiyini bildirən J.Borrell liderlərin böhranın səbəbləri və onun həlli ilə bağlı fərqli yanaşmalarının olduğunu qeyd edib.