Yevlax rayonu ərazisində rayon sakini 1988-ci il təvəllüdlü Arif Məhərrəmov "Reno" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb və nəticədə hadisə yerində həyatını itirib.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Məhərrəmov Yevlax Rayon Polis Şöbəsində polis nəfəri kimi çalışırdı.