“Vaqnerçi”lər Rusiya ərazisində daha bir helikopteri vurublar.

BUTA.TV xəbər verir ki, bunu “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.

“Moskva şossesində hücum dəstələrindən birinə helikopterdən atəş açılıb. “Vaqner” PMC-nin bölmələrində hamı salamatdır, helikopter vurulub, meşə zolağında yanır. Hədəflərimiz var, hamımız, 25 min nəfər ölməyə hazırdır”, - Priqojin vurğulayıb.

Onun sözlərinə görə, “Vaqnerçi”lər təhdid kimi qəbul etdiyi hər şeyi məhv edəcəklər:

“Federal Təhlükəsizlik Xidmətinə məxsus bir pilot havaya qalxmaqdan və zərbə endirməkdən imtina edib”.

Qeyd edək ki, Y.Priqojin daha əvvəl Rusiya ordusuna məxsus bir helikopterin vurulduğunu açıqlamışdı.