Krımın “rəhbəri” Sergey Aksyonov və Sevastopol şəhərinin qubernatoru Mixail Razvojayev Krımı tərk edib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Aksyonov və Razvojayev İl-76 təyyarəsi ilə Belbeki tərk ediblər.

Rəsmi məlumat hələlik verilməyib.

Qeyd edək ki, “Vaqner” döyüşçüləri qiyama qalxıb və Moskvaya doğru gedirlər.