“Vaqner” silahlı qruplaşmasının dəstələri Lipetsk vilayətinə daxil olublar.

BUTA.TV xəbər verir ki, bu barədə Lipetsk vilayətinin başçısı İqor Artamonov məlumat verib.

O qeyd edib ki, hüquq mühafizə orqanları əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görürlər. Vilayətin hakimiyyət orqanları sakinləri evlərini tərk etməməyə çağırıb.