Çexiyada təyyarə qəzası: pilot öldü
Çexiyanın şərqindəki Havlikuv Brod şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb, pilot həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Təyyarə yerə çırpılan zaman yanıb, pilot həyatını itirib", - məlumatda deyilir.
Qəzanın başvermə şəraiti ilə bağlı araşdırma aparılır.