Kreml sözçüsü Dmitri Peskov “Vaqner” rəhbəri Yevgeni Priqojinin rəhbərlik etdiyi silahlı üsyanın yatırılması danışıqlarında Tula vilayətinin qubernatoru Aleksey Dyuminin iştirak edib-etməməsi məsələsini şərh etməyib.

BUTA.TV xəbər verir ki, Kreml rəsmisi jurnalistlərin bu yöndə sualını cavabsız qoyub.

“Böyük təfərrüatlar barədə sizə məlumat verə bilmərəm”, - deyə o bildirib.

Qeyd edək ki, A.Dyumin Rusiya ictimaiyyətində kifayət qədər tanınmış insandır. Onun bir zamanlar Putinin şəxsi mühafizəsində çalışdığı bildirilir.