UNESCO-nun İcraiyyə Şurasının prezidenti Tamara Rastovac Siamaşvili Azərbaycana səfərə gəlib.

BUTA.TV xəbər verir ki, o, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

“Azərbaycanda olmaqdan və Ceyhun Bayramovla görüşməkdən qürur duyuram. UNESCO-nun İcraiyyə Şurasının fəaliyyəti üçün bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - Siamaşvili Tvitter səhifəsində yazıb.