Putin Lukaşenko ilə iki dəfə danışdı
Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko arasında bu gün telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə yaxın "Birinci" Teleqram kanalı məlumat yayıb.
Söhbətin təfərrüatı barədə məlumat verilməyib.
Bildirilib ki, Rusiyadakı vəziyyət barədə dövlət başçıları iki dəfə - səhər və axşam danışıblar.