İngiltərə komandası “Çelsi”nin müdafiəçisi Kalidu Kulibali Səudiyyə Ərəbistanı klubuna transfer olub.

BUTA.TV xəbər verir ki, bu barədə "Çelsi"nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 32 yaşlı mərkəz müdafiəçisi “Əl-Hilal”a satılıb. Transferin məbləği və müqavilə barədə məlumat verilməyib.

Qeyd edək ki, daha öncəKərim Benzema, Nqolo Kante, Ruben Neveş və Hakim Ziyeş də Səudiyyə Ərəbistanı klublarına transfer olublar.