Ukrayna üçün hələ vaxt çatmayıb - İtaliya
Ukraynanın NATO-ya üzv olmasının vaxtı çatmayıb.
BUTA.TV xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tajani deyib.
“İlk növbədə Ukraynaya sülh gəlməlidir. Ukraynanın NATO-ya üzvlüyü istiqamətində ilk addımlar təşkilatın iyulda Vilnüsdə keçiriləcək sammitində atıla bilər”, - Tajani bildirib.