Ukrayna Donetskdə daha bir kəndi azad etdi
Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Volnovaxa rayonunda yerləşən Rivnopol kəndini öz nəzarətlərinə qaytarıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat yayıb.
"Müdafiə qüvvələri Rivnopolu nəzarətimizə qaytardı. Biz irəliləyirik", - məlumatda qeyd edilib.