İranın Sistan və Bəlucistan əyalətində güclü qum fırtınası olub.

BUTA.TV xəbər verir ki, əyalətlərin rəhbərliyi vətəndaşlara ehtiyat tədbirləri görmələri və kiçik səfərlərdən çəkinmələrini tövsiyə edib.

Məlumata görə, küləyin sürəti 30 m/s-ə çatıb. Qum fırtınası zamanı 330 nəfər yaralanıb. Onlardan 57-nin xəstəxanaya yerləşdirildiyi qeyd edilir.