"Vaqner" Rusiyada yenidən öz işini bərpa etdi
Rusiyanın Novosibirsk şəhərində "Vaqner" muzdlular üçün işə qəbul mərkəzi öz işini bərpa edib.
BUTA.TV xəbər verir ki, bunu mərkəzin əməkdaşı TASS-a müsahibəsində deyib.
“İşə qəbul davam edir”- o bildirib.
Qeyd edək ki, Novosibirsk şəhərinin mərkəzində yerləşən binanın girişində iyunun 24-də yığışdırılan reklam plakatları yenidən asılıb. Həmçinin, Tümendə də işə qəbul mərkəzi işini bərpa edib.