Mingəçevir şəhərində kanalizasiya quyusundan meyit tapılıb.

BUTA.TV xəbər verir ki, meyitin şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Əhmədova aid olduğu məlum olub.

Onun quyuya düşərkən qarın nahiyəsinə armatur batması nəticəsində öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.