Krımda dəmir yolu partladıldı, qatar yoldan çıxdı
Krımda dəmir yolu yenidən partladılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, dəmir yolunun Petrovo-Vladislavovka hissəsində baş verən partlayış nəticəsində yük qatarının birinci vaqonu relsdən çıxıb.
Hadisə nəticəsində itki olmadığı bildirilir.