Bakı şəhərində ağır yol qəzası olub.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, qəza Qələbə dairəsindən “Ayna Sultanova”ya gedən yolda baş verib.

Sürətlə gələn yük maşını idarəetməni itirərək əks yola çıxıb və nəticədə 2 maşını körpünün divarına sıxaraq əzib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.