Naxçıvanda silahlı şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a verilən xəbərə görə, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində Qaraçuq kənd sakini S.Sultanovun yarımtıkilidə gizlətdiyi qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.