Fransada iğtişaşlar: 150 nəfər saxlanıldı
Fransada iğtişaşlar baş verən gecədə yüz əlli nəfər saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Cerald Darmanin məlumat verib.
Nazirin sözlərinə görə, iğtişaşlar zamanı bələdiyyələrə, məktəblərə və komissarlıqlara hücum edilərək yandırılıb.
Qeyd edək ki, Fransada iğtişaşlar iyunun 27-də Parisin Nanter ətrafında polis əməkdaşlarının 17 yaşlı oğlanı güllələyərək öldürməsindən sonra başlayıb.