Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Roştqala rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verr ki, yeraltı təkanlar təxminən səhər saat 10-da (Bakı vaxtı ilə 9-da) qeydə alınıb.

Zəlzələnin episentri Xoroqdan təxminən 15 km cənubda 139 km dərinlikdə yerləşib.

Zəlzələnin fəsadları barədə hələ ki məlumat daxil olmayıb.