Çin iki ölkənin müdafiə nazirləri arasında danışıqları mümkün etmək üçün ABŞ-dan birtərəfli sanksiyaları ləğv etməyi tələb edir.

BUTA.TV xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Lyu Penyu deyib.

“ABŞ tərəfi Çinlə münasibətlərdə (müdafiə nazirlikləri səviyyəsində - red.) yaranan çətinliklərin səbəbini bilir. Faktiki olaraq Çinə qarşı birtərəfli sanksiyalar tətbiq edib. İki ölkə arasında hər hansı mübadilə və əməkdaşlığa başlamazdan əvvəl bu cür maneələr aradan qaldırılmalıdır”, - Penyu bildirib.