Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb.

BUTA.TV xəbər verir ki, bu gün axşam saatlarında Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Elgün Məhərrəm oğlu Orucovu Əyriçaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən tapılan Elgün Orucovun cansız bədəni ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.