Prezident yol kənarındakı otları biçdi - Video
Bosniya və Herseqovinanın tərkibində olan Serb Respublikasının Prezidenti Milorad Dodik Banya-Luka şəhərində yolun kənarındakı otları biçib.
BUTA.TV xəbər verir ki, Dodik şəhər rəhbərliyinin məsuliyyətsizliyindən şikayət edib.
“Şəhər rəhbərliyindən tələb etmişdim ki, bununla məşğul olsunlar, amma görünür onlar istirahət edirlər”, - Dodik bildirib.