Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi Xankəndidən 14 xəstənin İrəvana aparılmasını təmin edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, İrəvanda müalicə olunmuş 7 xəstənin isə Xankəndiyə qaytarılması nəzərdə tutulur.

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün ermənilərin sərbəst keçidini əks etdirən görüntü yayılıb.