Liviyada “Vaqner”in olduğu aviabaza vuruldu
Ötən gecə pilotsuz uçuş aparatları (PUA) Liviyanın şərqindəki aviabazaya zərbə endirib.
BUTA.TV xəbər verir ki, bazada “Vaqner” hərbi şirkətinin döyüşçülərinin olduğu deyilir.
“Naməlum PUA-lar Benqazidən 150 km cənub-şərqdə yerləşən Əl-Xarruba aviabazasına hücum edib. Burada “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri yerləşmiş ola bilərlər”,- deyə məlumatda bildirilib.
Qeyd edilib ki, hücum zamanı xəsarət alan olmayıb.