Moldovanın paytaxtı Kişinyovda hava limanının ərazisində silahlı atışma baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sərnişinlərin binadan evakuasiya edildiyi bildirilib.

Hələ ki, təfərrüatlar açıqlanmır.