Moldovada atışma törədən şəxsi ömürlük həbs gözləyir
Moldovanın paytaxtı Kişinyovda hava limanında atəş açan şəxsi ömürlük həbs gözləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Moldovanın baş prokuroru İon Muntyanu bildirib.
Hazırda onun mühafizə altında ağır vəziyyətdə xəstəxanada olduğu bildirilir.
Baş prokuror əlavə edib ki, istintaq həmin şəxsin digərləri ilə əlbir olub-olmadığını araşdırır.