Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri Laçın sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə maneəsiz şəkildə keçirlər.

BUTA.TV xəbər verir ki, görüntülərdə erməniəsilli şəxslərin sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə keçid etmələri əksini tapıb.

Belə ki, Laçın sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən hər iki istiqamətdə rahat keçidi üçün hər bir şərait yaradılıb.

Yoxlama proseduru qarşılıqlı anlaşma şəraitində aparılır.

Görüntüləri təqdim edirik: