Fransa Prezidenti Emmanuel Makron iyulun 2-4-də Almaniyaya planlaşdırılan dövlət səfərini təxirə salıb.

BUTA.TV xəbər verir ki, məluatı Almaniya Prezident Ofisi yayıb.

Səfərin təxirə salınmasına səbəb kimi Fransada baş verən iğtişaşlar göstərilib.

Qeyd edək ki, iyunun 27-də Fransa polisi 17 yaşlı Əlcəzair əsilli sürücünü öldürüb. Bundan sonra ölkədə iğtişaşlar başlayıb.