Rusiyanın Buxarestdəki səfirliyinin 40 əməkdaşı Rumıniyanı tərk edib.

BUTA.TV xəbər verir ki, bu barədə Rumıniyadakı Rusiya səfirliyindən məlumat verilib.

Məlumata görə, bununla Rumıniyanı tərk edən Rusiya vətəndaşlarının ümumi sayı 140-a çatıb.

Qeyd edək ki, Rumıniya hökuməti Rusiyadan səfirliyin əməkdaşlarının 50 nəfərdən çoxunu ixtisar etməyi tələb edib.