Baxmut ətrafında hərbi əməliyyatlar rusların Ukraynanın cənubundan çıxarılması kimi nəticələnə bilər.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Hesabatda qeyd olunub ki, Rusiya qoşunları Ukraynanın Baxmut ətrafındakı əməliyyatlarına digər bölgələrdən qüvvələr köçürməklə cavab verəcəklər:

“Baxmuta göndərilmiş Rusiya ehtiyat qüvvələri ərazidə əldə edilən nailiyyətləri saxlamaq üçün kifayət etməsə, komandanlıq qoşunları cənubdan çıxarmaq riski ilə qarşılaşa bilər”.