Rusiyanın Krasnodar diyarından Krım körpüsünün girişinə kimi uzun avtomobil növbələri yaranıb.

BUTA.TV xəbər verir ki, bu barədə Krımın “nəqliyyat naziri” Nikolay Lukaşenko məlumat verib.

Onun sözlərinə görə, ümumi tıxacın uzunluğu 7 km-ə çatıb.

“Bu gün səhərə olan məlumata görə, Kuban tərəfdən körpüdə tıxacda gözləmə müddəti 5 saatdır”, - Lukaşenko bildirib.