İran Rusiyaya bu PUA-ları da verə bilər - İqnat
İrandan Rusiyaya təkcə “Şahid” deyil, “Mühacir-6” kimi digər PUA-ların da tədarükü mümkündür.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat deyib.
“Tehrandan Moskvaya hərbi-nəqliyyat təyyarələri ilə uçuşlar müntəzəm hal alıb. Eləcə də dəniz yolu ilə daşımalar artıb. Həştərxan və Mahaçqala İran yüklərini asanlıqla qəbul edə bilən limanlardır”, - İqnat bildirib.