Qərbdə praktiki olaraq “Stinger” daşınan zenit raket sistemləri tükənib.

BUTA.TV xəbər verir ki, bunu “Nyusvik” nəşrinin analitiki Allan Orr deyib.

“Stinger” bitmək üzrədir, Rusiya bunu indi bilir”, - analitik bildirib.

Onun sözlərinə görə, bu, Ukraynanın əks-hücumunu çətinləşdirir, çünki hava müdafiəsi olmayan Ukrayna qoşunları Rusiya minalarından və artilleriyasından keçə bilmir:

“Bu silah olmadan Ukrayna hərbçiləri Rusiyanın hücum helikopterləri üçün asan hədəfə çevrilirlər”.