Polşa Belarusla sərhədə 500 nəfərlik polis göndərir
Polşa Daxili İşlər Nazirliyi “Vaqner” döyüşçülərinin Belarusa yeridilməsi ilə əlaqədar sərhədə 500 nəfərlik polis əməkdaşı göndərir.
BUTA.TV xəbər verir ki, bu barədə Polşa daxili işlər naziri Mariuş Kaminski məlumat verib.
“Belarusla sərhəddə yaranmış gərgin vəziyyətlə əlaqədar mən 500 nəfərlik polis zabiti ilə qüvvələrimizi gücləndirmək qərarına gəldim”, - nazir bildirib.
Onun sözlərinə görə, polislər sərhəddəki 5 min sərhədçi və 2 min hərbi qulluqçu ilə birləşəcək.