Bu gün dünya təhlükəsizliyinə əsas təhdid ABŞ-dır.

BUTA.TV xəbər verir ki, bunu Amerika Beynəlxalq Əlaqələr üzrə Şurasının keçmiş prezidenti Riçard Natan Has deyib.

“Amerika siyasi sisteminin dağılması o deməkdir ki, ABŞ qeyri-sabit dünyada ən etibarlı lövbər olmaq əvəzinə, ən böyük problemlərin mənbəyinə və şübhəli demokratiya modelinə çevrilib”, - Has bildirib.

Qeyd edək ki, Riçard Natan Has ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauelin köməkçisi işləyib.