Almaniya iqtisadiyyatı uzunmüddətli tənəzzül dövrünə düşəcək, çünki ölkədə hasilatın azalması müşahidə olunur və heç bir yüksəliş əlaməti belə gözlənilmir.

BUTA.TV xəbər verir ki, bunu Almaniya Ticarət-Sənaye Palatasının sədri Peter Adrian deyib.

“Almaniya və onun iqtisadiyyatı tənəzzüldədir. Biz Avropada istehsalı koronavirusdan əvvəlki səviyyədən aşağı olan bir neçə ölkədən biriyik”, - Adrian bildirib.