Kadırov açıqladı: Ukrayna diversantları məhv edildi
Rusiya hərbçiləri Kremennaya yaxınlığında Ukrayna Hava Hücum Qoşunlarının 95-ci hücum briqadasının diversiya-kəşfiyyat qrupunu məğlub ediblər.
BUTA.TV xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
"Kremennaya yaxınlığındakı Serebryansk meşə sahəsində uğurlu hücum əməliyyatları zamanı Ukraynanın Hava-Desant Hücum Qoşunlarının 95-ci hücum briqadasının diversiya-kəşfiyyat qrupu məğlub edildi. Toqquşma nəticəsində altı nasist məhv edildi, beşi isə əsir götürüldü",- o bildirib.