Rusiya Aksyonova qarşı sui-qəsdin qarşısını aldı
Rusiya Federal Təhlüksizlik Xidməti (FTX) Krımın “rəhbəri” Sergey Aksyonova qarşı Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğu iddia edilən sui-qəsdin qarşısını alıb.
BUTA.TV xəbər verir ki, bu barədə FTX məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı Ukrayna tərəfindən işə götürülən və Ukraynada mina partlayışı üzrə təlim keçmiş Rusiya vətəndaşı saxlanılıb:
“Həmin şəxs Aksyonovun avtomobilini partlatmağı planlaşdırıb, lakin o, gizləndiyi yerdən bomba götürərkən yaxalanıb. Terror aktına cəhd və partlayıcı maddələrin qanunsuz əldə edilməsi maddələri ilə iş açılıb”.