Paşinyanın ofisi hökumət rəsmilərinin qarabağlı həmkarları (Xankəndidəki separatçılar - red.) ilə əlaqəni kəsməsi barədə yayılan xəbərləri təkzib edib.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

O bildirib ki, bu cür iddiaların reallıqla heç bir əlaqəsi yoxdur:

“Baş nazir dəfələrlə Arayik Arutyunyanla (Xankəndidəki separatçıların rəhbəri – red.) intensiv, gündəlik təmaslardan olub. Ötən ilin sonunda “blokadanın” nəticələrini aradan qaldırmaq və “humanitar böhranı” həll etmək üçün Baş nazirin müavini Tiqran Xaçatryanın rəhbərliyi ilə işçi qrup da yaradılıb”.