Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İstanbulda kritik əməliyyat keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə "Haber Qlobal" nəşri məlumat yayıb.

Qeyd olunub ki, İsrailin MOSSAD təşkilatında işlədiyi müəyyən edilən 7 nəfər tutulub.

Məlumata görə, MİT MOSSAD agentlərinin Türkiyədə yaşayan əcnəbilər haqqında kəşfiyyat məlumatı əldə etmək üçün uzaqdan onlayn marşrutlaşdırma üsullarından istifadə etdiyini müəyyən edib. Bundan sonra əməliyyat üçün düyməyə basılıb.