Rusiya hərbçiləri İran istehsalı "Şahid 136" PUA-larından Ukraynanın Sum şəhərindəki bir inzibati, iki hündürmərtəbəli binaya zərbələr endirib.

BUTA.TV xəbər verir ki, bu barədə Sum regional hərbi idarəsi məlumat yayıb.

Zərbələr nəticəsində 2 nəfərin öldüyü, 19-nun isə yaralandığı deyilib.

Əhalinin təxliyəsi və yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.