Finlandiya Rusiya ilə münaqişəyə hazırlaşır?
Finlandiya qoşunların Rusiyaya sürətlə köçürülməsi üçün dəmir yolunu modernləşdirməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Ukraynadakı münaqişə və NATO-ya qoşulması səbəbindən Finlandiya onu İsveçlə birləşdirən dəmir yolunun təmirinə başlayıb”, – nəşr yazır.
Bildirilib ki, Laurila-Tornio-Haparanda dəmir yolunun təkmilləşdirilməsi gələn il başa çatdırılmalıdır ki, bu da Moskva ilə mümkün münaqişə vəziyyətində müttəfiqlərə alyansın hərbi texnikasını tez ötürməyə imkan verəcək.